image-0backend

Polşa 1,7 min kiçik dron alacaq

image-reklam_sirab_01

Polşa Müdafiə Nazirliyi ordu üçün 1700 kiçik dron alır. Bu barədə Vətəninfo.az   “RİA Novosti” yə istinadən xəbər verir .

“Kelcedə keçirilən XXXI Beynəlxalq Müdafiə Sənayesi Sərgisi zamanı milli müdafiə naziri Mariuş Blaşçak Polşa prezidenti Anjey Dudanın iştirakı ilə “FlyEye” pilotsuz uçan aparatlarının tədarükü üçün çərçivə sazişinin mövcudluğunu təsdiqləyib”, – məlumatda deyilir.

Hərbçilərin sözlərinə görə, saziş 2035-ci ilə qədər 1700 pilotsuz uçuş aparatının tədarükünü, onların gələcək istehsalı ilə bağlı müqavilələrin imzalanmasını nəzərdə tutur.

Mini FlyEye sinif dronları həm gündüz, həm də termal görüntüləmə cihazları ilə təsvirləri qeyd etməyə imkan verən kameralarla təchiz edilmiş optoelektron başlıqlardan istifadə etməklə hava kəşfiyyatı üçün nəzərdə tutulub.

Polşa hərbçiləri qeyd ediblər ki, PUA-lar artıq Polşada sınaqdan keçirilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki