Polşa müxalifəti Avropa İttifaqının digər ölkələrindən qanunsuz miqrantların köçürülməsi məsələsi ilə bağlı referendum üçün imza toplamağa başlayıb.
Vətəninfo.az xəbər verir ki , bu barədə respublikanın ən böyük müxalif “Qanun və Ədalət” partiyasının lideri Yaroslav Kaçinski etiraz aksiyası zamanı bildirib. “Qanun və Ədalət” partiyasının rəhbərlik etdiyi Polşa müxalifəti dəfələrlə ölkənin baş naziri Donald Tusku hökumətinin Brüssel tərəfindən təşviq edilən qeyri-qanuni miqrantların məcburi köçürmə mexanizmi ilə razılaşacağını elan etdiyinə görə günahlandırıb. O izah edib ki, referendumun təşkili üçün 500 min imza toplamaq lazımdır. Toplananlar bu elanı böyük həvəslə qarşıladılar.