image-reklam-veteninfo
image-1backend

Polşa prezidenti: Ukrayna ərazi güzəştləri yalnız Rusiya, ABŞ və Kiyev arasında müzakirə olunmalıdır

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Polşa prezidenti Karol Navrotski Wirtualna Polska portalına verdiyi müsahibədə bildirib ki, Ukraynanın ərazi güzəştləri ilə bağlı danışıqlar yalnız Rusiya, ABŞ və Ukrayna arasında aparılmalıdır.

Navrotski vurğulayıb ki, “ərazi məsələləri yalnız ABŞ, Ukrayna və Rusiya arasında müzakirə olunmalıdır”.

Polşa lideri həmçinin Varşavanın Ukrayna ilə bağlı bir sıra danışıqlar formatlarından kənarda qalmasını Baş nazir Donald Tuskun Qərb tərəfdaşları arasında təsirinin azalması ilə izah edib.

Eyni zamanda, Navrotski qeyd edib ki, o hələ də Rusiya, ABŞ liderləri və Kiyev nümayəndələri ilə Ukraynada sülhün təmin edilməsi üçün eyni danışıqlar masasında olmağı arzulayır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki