Polşada təxribat törətməkdə günahlandırılaraq həbs olunan 8 nəfərdən 3-ü Ukraynaya partlayıcı bağlamalar göndərməyi planlaşdırıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Polşa Daxili İşlər Nazirliyinin sözçüsü Yaçek Dobrzinski isə son aylar ərzində Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edən 55 nəfərin həbs olunduğunu bildirib.
Polşanın Baş naziri Donald Tusk “X” hesabında məlumat verib ki, ölkəsinin müxtəlif yerlərində təxribat planlaşdıran 8 nəfər həbs edilib.
O, məsələ ilə bağlı araşdırma aparıldığını bildirib və təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, bundan əvvəl Polşa rəsmiləri ölkənin Rusiya tərəfindən hibrid hücuma məruz qaldığını, süni yanğın və kiberhücumlarla hədəf alındığını iddia edib.