İkinci Dünya Müharibəsinin başlanmasının ildönümü ilə bağlı keçirilən anım tədbirləri zamanı Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamiş Moskvanı sərt şəkildə tənqid edərək, Rusiyanı “yenidən Şərqdən baxan şər imperiyası” adlandırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Polstat News məlumat yayıb.
Kosiniak-Kamysz bəyanatını Ukraynadakı müharibə kontekstində verib və vurğulayıb ki, ən böyük təhlükə beynəlxalq ictimaiyyətin gündəlik hərbi əməliyyatlara alışmasıdır. “Bu, yenidən Şərqdən baxan şər imperiyanın ən pis və ən böyük qələbəsidir”, – Polşalı nazir vurğulayıb.
O əlavə edib ki, dövlət yorğunluq və ümidsizlik hisslərindən asılı olmayaraq ayıq-sayıqlığını və gücünü qorumalıdır: “Bilirəm ki, zaman keçdikcə həssaslıq azalır, lakin dövlətin ehtiyacları yorğunluq və ümidsizlik kölgəsində qalmamalıdır”.
Bundan əvvəl Polşanın baş naziri Donald Tusk Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı geosiyasi münaqişənin həlledici mərhələyə daxil olduğunu qiymətləndirmişdi. O vurğulayıb ki, yalnız Qərb ölkələrinin birliyi Rusiyanın hərəkətlərinin yaratdığı çağırışlara qarşı müqaviməti təmin edə bilər.