image-reklam-veteninfo
image-1backend

Prezident Ərdoğan və Putin görüşdü – İlk görüntülər yayımlandı

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Dövlət Başçıları Şurası Zirvə Toplantısı çərçivəsində Çində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutub.

Görüş zamanı Rusiya lideri Vladimir Putin, Ukrayna böhranının sülh yolu ilə və diplomatik vasitələrlə həllinə verdiyi töhfəyə görə Prezident Ərdoğana təşəkkür edib.

Putin: “Enerji sahəsindəki tərəfdaşlığımız stratejidir. Rusiya qazı Qara dəniz üzərindən fasiləsiz olaraq Türkiyəyə çatdırılır.”

Prezident Ərdoğan isə cavabında bu sözləri deyib:

“Sizi ən yaxın zamanda ölkəmizdə görmək istərik. Aramızda etimada əsaslanan səmimi münasibətlər mövcuddur.”

Ərdoğan İlham Əliyev və Nikol Paşinyanla da görüşüb

Prezident Ərdoğan bugünkü ilk görüşünü Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirib. Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak ediblər.

Türkiyə Prezident Administrasiyasının yaydığı açıqlamaya görə, görüşdə iki ölkə arasındakı ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan bildirib ki, Türkiyə və Azərbaycanın gələcəkdə regional inkişaf layihələrini birgə və koordinasiyalı şəkildə həyata keçirməsi vacibdir. O əlavə edib ki, enerji və nəqliyyat sahəsi başda olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlıq daha da genişləndiriləcək.

Ərdoğan, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin irəliləməsindən məmnunluğunu ifadə edib və bu prosesə Türkiyənin dəstəyinin davam edəcəyini vurğulayıb.

Ermənistanla normallaşma gündəmdə

Türkiyə Prezidenti daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirib. Görüşdə Cənubi Qafqazda qalıcı sülh və sabitliyə doğru atılan addımlar çərçivəsində Türkiyə-Ermənistan münasibətləri müzakirə olunub.

Ərdoğan, Ermənistan-Azərbaycan sülh prosesindəki irəliləyişi alqışladığını və Türkiyə ilə Ermənistan arasında əməkdaşlığın artırılması istiqamətində atıla biləcək addımların dəyərləndirildiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki