Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib.
Vətəninfo.az xəbər verir ki, görüş dövlət başçısı xalqlarımızın qədim dostluq və qardaşlıq münasibətlərinə malik olduğunu vurğulayıb, ümummilli lider Heydər Əliyev və Əhməd Kadırovun bu münasibətlərin müasir mərhələsindəki əsas rolunu qeyd ediblər. Ramzan Kadırov 2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad edərək çeçen xalqı adından dərin hüznlə başsağlığı verib. Çeçenistan rəhbəri Azərbaycanı Qarabağ məsələsinin həlli münasibətilə təbrik edib, həmçinin Bakıda keçirilən cüdo üzrə dünya çempionatı ilə bağlı idman sahəsində əlaqələrin vacibliyini bildirib. Prezident İlham Əliyev isə Çeçenistanın sürətli inkişafını və qazanılan uğurları məmnunluqla qeyd edib.
Görüşdə tərəflər müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.


























