image-4backend

Prezident İlham Əliyevin gələcək üçün yol xəritəsi olan çıxışı

image-reklam_sirab_01

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə azad, demokratik, şəffaf, ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğun seçkilər keçirildi. 990 nəfərin namizədliyinin qeydə alındığı parlament seçkilərini bir sıra təşkilatların nümayəndələri də daxil olmaqla 598 beynəlxalq müşahidəçi izlədi. Müşahidə missiyaları seçkilərin yüksək rəqabət şəraitində və demokratik prinsiplərə müvafiq təşkil olunduğunu bəyan etdilər.

Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycanın bütün uğurları və möhtəşəm qələbələri Ulu Öndər Heydər Əliyevin siyasi kursu ilə bağlıdır. Müstəqillik dönəmində Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycanın ən yeni tarixinə müstəqil dövlət quruculuğu, sosial-iqtisadi inkişaf və beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi dövrü kimi həkk olunub, tarixi Zəfərimizin bünövrəsi qoyulub.

44 günlük savaşda əldə edilmiş Zəfər bölgədə yeni reallıqların yaranmasına səbəb oldu. Çox təəssüf ki, yeni reallıqla barışmaq istəməyən, xüsusən Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsini həzm edə bilməyən dairələr ölkəmizə qarşı total hücuma keçiblər. Avropa koalisiyası, ABŞ, Fransa kimi dünyanın aparıcı ölkələri ədaləti, beynəlxalq hüququ deyil, açıq-aşkar separatizmi dəstəkləyirlər. İran, Rusiya, Fransa, Hindistan kimi dövlətlər beynəlxalq hüquqa zidd gedərək işğalçı dövləti silahlandırmaqda davam edirlər. Məhz dünyada və bölgədə yaranmış xaotik vəziyyət Azərbaycanın yeni strategiya, yeni hədəflər müəyyən  etməsini zəruri edir.

Elə bu səbəbdən də  Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Azərbaycan Respublikasının yeni hədəflərinin cizgilərini cızıb. Şübhəsiz ki, dövlət başçısı yeni hədəfləri hazırkı dövrə kimi əldə edilmiş nəticələrin təhlili əsasında irəli sürüb. Belə ki, dövlət başçısının nitqində ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələr göstərilir və əsaslandırılır. Dövlət başçısının proqram xarakterli çıxışında İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərinin nəticələrinin ölkəmizin qarşısında açdığı yeni imkanlar qiymətləndirilərək qarşıda duran vəzifələr sadalanır. Yeni çağırışlardan biri milli təhlükəsizliyin təmin edilməsidir ki, dövlət başçısı buna nail olmaq üçün “yol xəritəsi”ni açıqlayıb.

Dövlət başçısı bəyan edib ki, birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır: “Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir”.

Prezident İlham Əliyevin Milli Məclisin yeni tərkibdə ilk toplantısında etdiyi çıxış Azərbaycanın ən ümdə məsələlərini, ən xırda ayrıntılarına qədər əhatə edir. Bu çıxış sadəcə olaraq faktların kanstatasiyası deyil, həm də gələcək üçün yol xəritəsidir. Yəni Prezident İlham Əliyev bu vaxta kimi gördüyümüz işlər, başımıza gələnlər, başımıza gətirilmək istəyənlər, böyük güclərin Azərbaycanı sıxışdırması və sair məsələlərlə bağlı çox yeni, yetərincə ayrıntılı və əsaslı fikirlər səsləndirdi. Eyni zamanda da bununla bir yol göstərmiş oldu.

Özəlliklə də Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı fikirləri, eləcə də ümumilikdə Azərbaycanın sabahı ilə bağlı fikirləri diqqət çəkməkdədir. Prezident İlham Əliyev görüləcək işlərlə bağlı yetərincə aydın təsəvvür yaratdı və istiqamətləri göstərdi. Burada medianın da üzərinə düşən vəzifələr haqqında danışıldı.

Ümumilikdə medianın bundan sonrakı vəzifələrinin istiqaməti də göstərildi. Söhbət ondan gedir ki, Azərbaycan yetərincə azad mediaya sahibdir. Azad medianın daha ciddi şəkildə öz fəaliyyətini davam etdirməsi Azərbaycan həqiqətlərini dünyaya çatdırması baxımından da qarşıda vəzifələr durur. Ümumilikdə götürdükdə bu, bir proqram çıxışı idi, yol xəritəsi, dünənə baxış, sabahla bağlı istiqamətlər idi. Düşünürəm ki, Azərbaycanda siyasətlə məşğul olan hər kəs bu çıxışı diqqətlə dinləmişdir. Yəqin ki, hərə öz üzərinə düşən vəzifələrin nədən ibarət olduğunu da müəyyənləşdirmişdir.

                                                                                                          Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki