Solçu “İtaətsizlik Fransa” (La France insoumise, LFI) partiyası prezident Emmanuel Makrona qarşı impiçment proseduruna başlayıb.
Partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano X sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq, respublika prezidentinə qarşı impiçment prosedurunun başlanmasına dair qətnamə təklifi bu gün birgə imzalanması üçün parlamentarilərə göndərilib. Makron seçicilərin etdiyi seçimə tabe olmaqdan imtina edir, ona görə də biz onu kənarlaşdırmalıyıq”, – o yazıb. Söhbət impiçmentə başlamaq üçün parlamentin çağırılması barədə qətnamədən gedir.