image-1backend

Prezident niyə köhnə helikopterlə uçub? – Bir qəzanın sirləri…

image-reklam_sirab_01

Farslar tarix boyu bizi sevməyib. Bunun səbəbləri dərindir. Aydındır ki, burada əsas amil indiki İran ərazisində qurulan dövlətlərlə bağlıdır. XIX əsrdən başlayaraq Azərbaycanın parçalanmasından sonra tədricən farslar İranda hakimiyyəti ələ keçirməyə başladılar. 1925-ci ildə isə ingilislərin köməyi ilə Qacarlar devrildi və müasir İran dövləti yarandı. Farslar birmənalı olaraq hakimiyyəti ələ keçirtdilər. Yəni farsların tarix boyu bizi sevməməsinin səbəbi hakimiyyəti itirmək qorxusudur. Bu başqa məsələlədir. İndi keçək özünü böyük dövlət adlandıran İranın dünyaya meydan oxumasına…

İlk olaraq qəzada həlak olan bütün dövlət rəsmilərinə Allah rəhmət eləsin.

İran prezidentinin də olduğu helikopterin qəzaya uğraması yəqin ki, ciddi araşdırılacaq. Çünki burada nəyin baş verdiyini heç kim söyləyə bilməz. Amma mənə maraqlıdır ki, dünyaya meydan oxuyan molla hakimiyyəti istismar müddəti bitmiş helikopterdən niyə istifadə edir. Həmdə bu helikopter düşmən hesab etdiyin bir ölkənin istehsalıdırsa?

Belə ki, İran Prezidenti İbrahim Rəisinin istifadə etdiyi və 19 mayda qəzaya uğrayan helikopter 30 yaşlı “Bell 212”-dir.

Bu barədə “Stratcom Bureau” məlumat yayıb.

Bildirilib ki, helikopter 1994-cü ildə istehsal olunub, qeydiyyat nömrəsi 6-9207, istehsalçı seriya nömrəsi isə 35071-dir.

Helikopter yalnız vizual uçuş üçün sertifikatlaşdırılıb və 6 sərnişin daşıya bilir.

“Onun ehtiyat hissələri sanksiyalar altındadır və helikopterə texniki xidmət istehsalçı tərəfindən dayandırılıb”, – məlumatda bildirilib.

Vurğulanıb ki, helikopterin elektrik təchizatı güclü deyil:

“Eyni zamanda turboşaftın kollektiv reaksiyası dəyişən relyef səviyyələri ilə uçmaq üçün kifayət qədər sürətli deyil, dağ ərazisi ilə fasiləsiz yüksək hündürlükdə ağır yük uçuşları həyata keçirə bilmir.

Xüsusilə mühərrikin uçuş saatı bu təyyarənin korpusu üçün nəzərdə tutulan on min uçuş saatından xeyli yuxarıdır. Avionikası olmayan köhnə və etibarsız helikopterə sərnişin mindirmək faciəvi səhlənkarlıqdır”.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Ümumilikdə təyyarədə rəsmi 8 sərnişin olduğu (qeyri-rəsmi mənbələrə görə, 9 sərnişin) bildirilib. Helikopter Uzi və Pir kəndləri arasında, Dizmar meşəsində qəzaya uğrayıb. Dizmar meşəsi dəniz səviyyəsindən 2000-2700 metr yüksəkdə yerləşir. Qəza da Dizmar meşəsinin 2200 metrə qədər olan hissəsində baş verib.

Xatırladaq ki, bundan öncə sözügedən helikopterin 1979-cu il (ABŞ rəsmisi də helikopterin 45 il istismarda olduğunu bildirmişdi – red.) istehsalı olduğu vurğulanırdı.
Göründüyü kimi, İran prezidenti hətta özü minməyə belə müasir helikopter və yaxud təyyarə tapa bilmir. Amma dünyaya meydan oxuyur. Hesab edirəm ki, İran prezidentinin ölümü İrandakı bəzi qüvvələrin əlinə oynadı.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki