ABŞ prezidentliyinə keçmiş namizəd Kamala Harris 2026-cı ildə Kaliforniya qubernatoru postuna namizədliyini irəli sürmək niyyətindədir. Vətəninfo.az xəbər verir ki, bu barədə The New York Times mənbələrə istinadən yazır.
2026-cı ildə hazırkı Demokrat qubernator Gavin Newsom vəzifəsini tərk edəcək.
Nəşrin məlumatına görə, Harris müttəfiqlərinə bildirib ki, Kaliforniya qubernatorluğu seçkilərində uğurlu kampaniya ona ABŞ prezidenti Donald Trampa qarşı mübarizəni davam etdirmək və Demokratik prioritetləri müdafiə etmək üçün güclü mövqe verəcək.
Harris həmkarlarına 2028-ci ildə yenidən prezidentliyə namizəd olmaq istəmədiyini də bildirib.
“O, siyasi dilemma ilə üzləşdiyini söylədi. “O, qubernator və ya prezidentliyə namizəd ola bilər, lakin hər ikisi deyil,”- bu barədə The New York Times yazır.
2024-cü ilin noyabrında Politico Harrisin 2028-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürmək fikrində olduğunu bildirdi. Qəzetin yazdığına görə, keçmiş vitse-prezident köməkçilərinə və ona yaxın insanlara namizəd olmaq üçün bütün mümkün variantları araşdırmağı tapşırıb. Politico mənbələri Harrisin bir neçə telefon danışıqlarında onlara “mübarizəni davam etdirəcəyini” söylədi.