image-1backend

Prezident seçkilərinin nəticələri ləğv edildi – Əhali meydana axışdı

image-reklam_sirab_01

Buxarestdə “Rumınların Birləşməsi Uğrunda Alyans” partiyasının təşkilatçılığı ilə “Demokratiya uğrunda mitinq” şüarı ilə kütləvi etiraz aksiyası keçirilib. Vətəninfo.az xəbər verir ki, bu barədə Agerpres agentliyi məlumat yayıb.

Aksiyaçılar Konstitusiya Məhkəməsinin (KM) prezident seçkilərinin nəticələrini ləğv edən qərarının ləğvini tələb ediblər. Partiyanın lideri Corc Simionun sözlərinə görə, görüşdə 100 minə yaxın insan iştirak edib. Aksiya 10 saatdan çox davam edib. Etirazçılar şəhəri keçərək hökumət binasına və prezident iqamətgahına doğru yürüş təşkil ediblər.

“Reuters”in məlumatına görə, etirazçılar ölkənin hazırkı prezidenti Klaus İohannisi istefaya çağırıblar. İohannisin səlahiyyət müddəti dekabrın 21-də başa çatıb, lakin o, varisi təyin olunana qədər vəzifəsində qalır.

Yanvarın 10-da bir neçə min insan Rumıniya Konstitusiya Məhkəməsinin binası qarşısında ölkədə keçirilən prezident seçkilərinin birinci turunun nəticələrinin ləğvinə etiraz olaraq aksiya keçirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image