image-1backend

Prezidentdən Əhməd Əhmədzadə ilə bağlı SƏRƏNCAM

image-reklam_sirab_01

Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edilib.

Vətəninfo.az  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla Ə.Əhmədzadə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə adıçəkilən “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, 2006-2021-ci illərdə Əhməd Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olub. O, ötən ilin oktyabr ayında Baş nazirin köməkçisi vəzifəsinə təyin olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image