Xəbər verdiyimiz kimi, dövlət başçısının müvafiq sərəncamı ilə Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.
Vətəninfo.az xəbər verir ki, Ş.Babayev 1988-ci ildə anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb.
Bundan başqa, Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.
Bildirilib ki, Ş.Babayev əmək fəaliyyətinə 2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında başlayıb.
2012-ci ildən Azərkosmosda çalışan Şahin Babayev 2021-ci ilə qədər Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib.
Ş.Babayev bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olub.