image-106160backend

Putin analoq Eurovision-un Moskvada keçirilməsi haqqında fərman imzalayıb

image-reklam_sirab_01

Rusiya prezidenti Vladimir Putin 2025-ci ildə Rusiyada “İntervision” musiqi müsabiqəsinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Müvafiq sənəd hüquqi aktların dərci üçün rəsmi internet saytında yerləşdirilib. Vətəninfo.az xəbər verir ki, bu barədə Lenta.ru yazır .

“Eurovision”un rusiyalı analoqu Moskva və Moskva vilayətində keçiriləcək. Bildirilir ki, təşkilat komitəsinin sədri baş nazirin müavini Dmitri Çernışenko olacaq. Müsabiqənin dəqiq tarixləri və formatı sənəddə göstərilməyib.

Məlumdur ki, MDB, BRİKS, ŞƏT, Latın Amerikası ölkələrindən 20-yə yaxın ölkə musiqi müsabiqəsində iştirakını təsdiqləyib.

Daha əvvəl məlum olmuşdu ki, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy “İntervizion”un 2025-ci ilin sentyabrında keçiriləcəyini açıqlamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image