Rusiya Prezidenti Vladimir Putin Avropa ilə mümkün hərbi qarşıdurma barədə sərt bəyanatla çıxış edib.
Vətəninfo.az xəbər verir ki, Putin bildirib ki, Rusiya Avropa ilə müharibə istəmir, lakin belə bir münaqişəyə hazırdır.
Rusiya-Afrika sammitindən sonra keçirilən mətbuat konfransında danışan dövlət başçısı Avropa İttifaqında 2030-cu ilə qədər müharibəyə hazırlıqla bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
“Kim istəyirsə, qoy hazırlaşsın. Lakin onlar hələ Rusiyaya strateji məğlubiyyət yaşatmaq məqsədlərinə nail olmayıblar. Bunun 2030-cu ilə qədər mümkün olacağına da inanmıram”, – deyə Putin vurğulayıb.
Rusiya lideri xəbərdarlıq edib ki, vəziyyətin daha da gərginləşməsi genişmiqyaslı hərbi qarşıdurmaya səbəb ola bilər. Onun sözlərinə görə, Rusiya ilə Avropa arasında müharibə baş verərsə, belə bir münaqişənin qalibi olmayacaq.
Putin bununla da Avropa ölkələrinə qarşı hərbi qarşıdurmanın ağır nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.


























