“Fikrimcə, Rusiya prezidenti Vladimir Putinin Kremldə suriyalı həmkarı Bəşər Əsədlə görüşü xəbərlərdə yayıldığı kimi, “ticarət və iqtisadi əlaqələrin müzakirəsi”ndən daha çox Türkiyə ilə əlaqəlidir.” – bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.
Politoloq hesab edir ki, Kreml Türkiyə və Suriya liderlərini görüşdürmək və barışdırmaq istəyir. “Bu Ukraynada müharibə aparan Kremlin başqa bölgələrdə vasitəçi rolunu gücləndirmək məqsədi daşıyır. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə görüşməyə hazırdır. Əsəd də rusiyalı həmkarının xahişini yerə salmayacaq. Bu görüş Türkiyənin maraqlarına cavab verir. Bəşər Əsəd Ankaranın gözləntisinin əksinə olaraq hakimiyyətini itirmədi, Rusiya və İranın dəstəyi sayəsində kreslosunu qoruya bildi. Türkiyəyə Suriya ərazisindəki terrorçu qruplardan təhlükə var. Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyirsə, Əsədlə müzakirələr hər iki tərəf üçün faydalı olacaq.”- deyə Elxan Şahinoğlu bildirib.