image-putin-3-696x391backend

Putin bu şəxsləri şantaj edir – Bloomberg

image-reklam_sirab_01

Rusiya Ukraynadakı müharibə səbəbindən maliyyə təcridindən qaçmaq üçün onunla ticarət edən ölkələri gizli şəkildə şantaj edir. Vətəninfo.az xəbər verir ki, bu barədə Bloomberg NATO sənədlərinə istinadən yazır.

Bloomberg-in əldə etdiyi sənədlər və vəziyyətlə tanış olan NATO rəsmilərinin hesabatları, pulların yuyulmasına nəzarət edən qlobal təşkilat olan FATF-ın iyun toplantısı ərəfəsində Rusiyanın ticarət tərəfdaşlarını necə hədəfə aldığını göstərir.

“Əvvəllər çirkli pullara qarşı mübarizə standartlarını müəyyən edən FATF hökumətlərarası təşkilatı Rusiyanın üzvlüyünü dayandırıb. Bununla belə, Ukrayna təkid edir ki, bu qurum həm də Moskvanı öz “qara siyahı”sına daxil etməklə əlavə məhdudiyyətlər tətbiq etsin ki, bu da artıq ölkəni maliyyə baxımından dünyanın qalan hissəsindən ciddi şəkildə təcrid etmək təhlükəsi yaradır”, Bloomberg yazır.

Belə bir nəticədən qorxan Rusiya hələ də Qərbin sanksiyalarına qoşulmayan və Rusiya Federasiyası ilə fəal əməkdaşlığı davam etdirən ölkələri açıq şəkildə şantaj etməyə başlayıb.
“Jurnalistlərin gördüyü sənəddə deyilir ki, FATF-ın Rusiyaya qarşı yeni tədbirlər görəcəyi təqdirdə, may ayında Moskva artıq Hindistanı müdafiə, enerji və nəqliyyat sektorlarında əməkdaşlığın gözlənilməz və mənfi nəticələri barədə xəbərdar edib. Buna görə də Kreml Hindistanı Ukraynanın Rusiyanı FATF ölkələrinin “qara siyahısı”na daxil etmək üçün istənilən addımına açıq şəkildə qarşı çıxmağa çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki