Rusiya prezidenti Vladimir Putinin bu il Braziliyada keçiriləcək G20 sammitində iştirakı ilə bağlı qərarlar hələ qəbul edilməyib. Vətəninfo.az TACC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
O qeyd edib ki, Rusiya G20 çərçivəsində fəaliyyətini davam etdirir. Rus şerpası həmkarları ilə işləyir və ölkənin maraqlarını qoruyur.
“Lakin prezident hələ qərar verməyib”, – Peskov bildirib.
Peskov həmçinin bildirib ki, sentyabrın 5-də Putin Vladivostokda Şərq İqtisadi Forumunda mənalı çıxış edəcək.