image-reklam-veteninfo
image-1backend

Putin generalı işdən qovdu

image-reklam-veteninfo

Putin Oleq Salyukovu Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsindən azad edib.
Rusiya prezidenti Vladimir Putin general -polkovnik Oleq Salyukovu ölkənin Təhlükəsizlik Şurası katibinin müavini təyin edib. Vətəninfo.az xəbər verir ki, bu barədə  İnterfaks məlumat yayıb.

“Oleq Leonidoviç Salyukov hazırkı vəzifəsindən azad edilərək Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilsin”, – Rusiya prezidentinin sərəncamında deyilir.

Ordu generalı Salyukov 2014-cü ilin may ayından Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş komandanıdır.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin quru qoşunları silah və döyüş üsulları baxımından ən geniş yayılmış və müxtəlifdir. Bunlara motoatıcı və tank qoşunları, raket qoşunları və artilleriya qoşunları, hava hücumundan müdafiə qoşunları, kəşfiyyat bölmələri və hərbi hissələr, mühəndis qoşunları, radiasiya, kimyəvi və bioloji müdafiə qoşunları, rabitə qoşunları daxildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki