image-reklam-veteninfo
image-image_750x_683581dd54512backend

Putin İlham Əliyevi təbrik etdi

image-reklam-veteninfo

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik ünvanlayıb.

Rusiya lideri müraciətində Azərbaycanın sosial-iqtisadi inkişaf yolu ilə inamla irəlilədiyini və beynəlxalq aləmdə artan nüfuza malik olduğunu qeyd edib.

Kreml rəhbəri vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər dost və müttəfiqlik xarakteri daşıyır. O, beynəlxalq məsələlərdə konstruktiv ikitərəfli əməkdaşlığın və tərəfdaşlığın daha da möhkəmlənməsinə əminliyini ifadə edib ki, bu, hər iki xalqın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir.

Mesajının sonunda Putin İlham Əliyevə cansağlığı və uğurlar, bütün Azərbaycan vətəndaşlarına isə sülh və firavanlıq arzulayıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki