KTMT Qarabağda İrəvanın yerinə vuruşmamalı idi.
Vətəninfo.az xəbər verir ki, bunu Vladimir Putin Astanada keçirdiyi mətbuat konferansında bəyan edib.
Rusiya Prezidenti Vladimir Putinin Astanada keçirilən KTMT sammitindən sonra jurnalistlərin Ermənistanın zirvə görüşündə iştirak etməməyi haqda sualına cavabında aşağıdakı fikirləri ifadə edib:
– KTMT Qarabağda İrəvanın yerinə vuruşmamalı idi, bu halda Ermənistana qarşı heç bir xarici təcavüz yox idi;
– Ermənistanın KTMT-yə hazırkı münasibətini daxili siyasi problemlər və Qarabağ mövzusu diktə edir;
– Hər bir ölkənin təhlükəsizlik sahəsində nə edəcəyini özünün seçmək hüququ var;
– Ermənistan təşkilatdan çıxmaq istəyini bəyan etməyib, sammitin bütün sənədlərini dəstəkləyir, İrəvanın KTMT-də tamhüquqlu işə qayıtması ehtimalı qalır.