image-1backend

Putin Makronun telefonlarına cavab vermir

image-reklam_sirab_01

Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə dialoqu davam etdirmək istəyir. Vətəninfo.az xəbər verir ki, Fransa rəhbəri bu barədə “Generation Do It Yourself” podkastında məlumat verib.
“Mən dialoqun gücünə inanıram və Vladimir Putinlə dialoqu davam etdirərdim”, – Makron bildirib.

Fransa və Rusiya liderlərinin son aylarda ünsiyyətdə olub-olmaması ilə bağlı suala Makron belə cavab verib:

“Xeyr, amma istisna etmirəm ki, biz bunu bu və ya digər mövzuda, o cümlədən atom elektrik stansiyaları və ya digər mövzularda edəcəyik”.

Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan bəri Makron Putinlə ən azı 14 dəfə telefonla əlaqə saxlayıb. Fransa prezidentinin sözlərinə görə, 2021-ci ilin dekabrından onun Rusiya prezidenti ilə “yüz saatlıq” söhbəti olub.

Sonuncu dəfə iki dövlət başçısı telefonla 2022-ci ilin sentyabrında danışıb.
2023-cü ilin dekabrında Putin Makronun özünün “yaxşı münasibətlərə” son qoyduğunu və Fransa prezidentinin təşəbbüsü ilə dialoqun dayandırıldığını bildirib. Rusiya lideri vurğulayıb ki, Paris dialoqa maraq göstərərsə, Moskva dialoqu bərpa etməyə hazırdır.
Fransa prezidenti istehza ilə cavab verib ki, “telefon nömrəsini dəyişməmişəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki