image-reklam-veteninfo
image-1backend

Putin NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb edir – Bloomberg

image-reklam-veteninfo

Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsinə son qoyulması ilə bağlı ABŞ ilə aparılan danışıqlarda NATO-nun 1997-ci ilədək mövcud olan hərbi yerləşmə vəziyyətinə qayıtmasını təklif edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Moskva NATO-nun Kalininqrad vilayətindəki hərbi mövcudluğunu azaltması müqabilində alyansın 1997-ci ildən sonra üzvlüyə qəbul etdiyi ölkələrdə hərbi qüvvə və silah yerləşdirməsini məhdudlaşdırmasını istəyir. Bu təklifin ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Vitkoff və Cared Kuşner tərəfindən Avropadakı müttəfiqlərə çatdırıldığı bildirilir.

Mənbələrin sözlərinə görə, Avropa İttifaqı liderləri bu yanaşmanı qəbul etməsələr də, təhlükəsizlik məsələləri ilə bağlı Rusiya ilə texniki müzakirələrin aparılmasına razılıq veriblər.

Nəşrin məlumatında qeyd olunur ki, Rusiya tərəfi NATO-nun Ukrayna və digər postsovet ölkələri ilə hərbi əməkdaşlığının da azaldılmasını tələb edir. Rusiya nümayəndə heyəti bu şərtləri Moskvanın təhlükəsizlik təminatları ilə bağlı tələbləri kimi təqdim edir.

Xatırladaq ki, Rusiya 2021-ci ilin dekabrında da ABŞ və NATO-ya oxşar tələblər irəli sürmüşdü. Həmin vaxt Moskva alyansın şərqə doğru genişlənməməsini və 1997-ci ildən sonra NATO-ya üzv olmuş ölkələrdə hərbi infrastrukturun yerləşdirilməsinin məhdudlaşdırılmasını istəyirdi.

“1997-ci il sərhədlərinə qayıdış” tələbinin reallaşması NATO-nun 32 üzvündən 16-sının ərazisində alyansın hərbi qüvvələrinin və silahlarının mövcudluğunun azaldılması demək olardı. Bu ölkələr sırasına Polşa, Baltikyanı dövlətlər, Finlandiya, İsveç və digər Şərqi Avropa ölkələri daxildir.

Qeyd edək ki, NATO-nun təsis müqaviləsinin 10-cu maddəsi alyansın “açıq qapı” siyasətini müəyyən edir. Həmin maddəyə əsasən, müqavilənin prinsiplərini qəbul edən və Avropanın təhlükəsizliyinə töhfə verə bilən istənilən Avropa dövləti üzv ölkələrin yekdil razılığı ilə alyansa qoşula bilər. Müqavilədə üçüncü dövlətlərə bu prosesə veto qoymaq hüququ verilmir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki