Zəngəzur dəhlizinin açılması ilə bağlı Rusiyanın Türkiyə və Azərbaycan ilə mövqelərinin yaxınlaşması Moskvanın bəzi ehtiyacları səbəbindən indiki şəraitdə həyata keçirilib.
Vətəninfo.az xəbər verir ki, Tehrandakı İran-Avrasiya Araşdırmaları İnstitutunun (İRAS) İdarə Heyətinin üzvü, professor Mahmud Şuri “Eco İran” saytına müsahibəsində deyib:
“- Belə görünür ki, ruslar fövqəladə situasiyada bu vəziyyətə təslim olublar və bu durum faktiki olaraq bölgədə geosiyasi və geostrateji balansı ilk növbədə Rusiyanın zərərinə dəyişə bilər;
– İstənilən halda Azərbaycan və Türkiyə elə orbitdədir ki, bu gün Qərbə münasibətdə müstəqil aktor kimi çıxış edir, lakin fərqli situasiyada başqa siyasət yürütməyə hazırdır”.
Şuri bu səbəbdən gələcəkdə Rusiyanı bu strateji oyunun uduzan tərəfi kimi görünüb-görünməməyi baxımından bu məsələnin gələcəkdə mütləq strateji məsələ olacağını vurğulayıb.