image-reklam-veteninfo
image-1backend

“PUTİN PARANOYAK OLUB” – Rusiyada 82 nəfər “vətənə xəyanət” ittihamı ilə həbs olunub

image-reklam-veteninfo

“2023-cü ildə Rusiyada 82 nəfər “vətənə xəyanət” ittihamı ilə həbs edilib. Bu, rekord bir göstəricidir. Rusiya Federal Təhlükəsizlik Xidməti belə məlumatları tamamilə məxfi saxladığı üçün bu say reallıqda daha da artıq ola bilər”.

Bu barədə müstəqil Rusiya nəşri “Kholod”-un dərc etdiyi məqalədə bildirilir.

Nəşr yazır ki, paranoyak olan Putin Stalin dövründən bəri görünməyən repressiyaya imza atır.

“O, ətrafındakı hər kəsdən şübhələnir. Əvvəllər bura müdafiə müəssisələrinin işçiləri, hərbi qulluqçular və dövlət sirlərinə çıxışı olan alimlər daxil idisə, indi sözün əsl mənasında hamı vətənə xəyanətdə ittiham oluna bilər. Hətta “İnstagram” və ya “Telegram” tətbiqlərindəki abunəliklərə görə də cinayət işi açıla bilər”, – nəşr yazır.

Bu barədə hüquqşünas Yevgeni Smirnov dövlətə xəyanət ittihamı ilə bağlı ay ərzində ortalama 20 cinayət işinin açıldığını, ilin sonuna qədər bu sayın 250 nəfərə çatacağını bildirir.

Qeyd olunur ki, “vətənə xəyanət” ittihamı ilə həbs olunanlardan biri Rusiya və Böyük Britaniya vətəndaşlığı olan Kara-Murzadır. O, Ukraynadakı rus işğalını tənqid etdiyinə və Putin rejiminə qarşı çıxdığına görə 25 il müddətinə həbs cəzası alıb. Bundan başqa, rusiyalı hipersəs texnologiyaları üzrə məşhur alim, 71 yaşlı Valeri Qolubkin də iyun ayında Moskva məhkəməsi tərəfindən “vətənə xəyanət” ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. 23 yaşlı qadın İT mütəxəssisi Tamara Parşina isə dövlətə xəyanətdə ittiham olunaraq həbs edilən ən gənc məhbuslardan biridir. Krımdan olan 25 yaşlı Leni Umerova da dövlətə xəyanət ittihamı ilə həbs olunub və Moskvadakı Lefortovo həbsxanasına göndərilib.

Bu il hipersəs texnologiyaları üzrə alimlər – 56 yaşlı Aleksandr Şiplyuk, 75 yaşlı professor Anatoli Maslov da vətənə xəyanətdə şübhəli bilinərək həbs ediliblər.”AzPolitika.info”




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki