Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti və ikitərəfli münasibətləri müzakirə edəcək.
Vətəninfo.az xəbər verir ki , “RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.O, prezidentlərin qarşıdan gələn görüşünə toxunaraq qeyd edib ki, Moskva ilə Tehran arasında müxtəlif sahələrdə çox sıx əlaqələr mövcuddur.“Yaxın Şərqdəki vəziyyəti gözardı etmək olmaz. Bu da gündəmdə olacaq”, – Peskov bildirib.