image-6666backend

Putin Priqojinin ölümündən danışdı

image-reklam_sirab_01

Rusiya prezidenti Vladimir Putin Tver vilayətində baş verən təyyarə qəzasında həyatını itirənlərə, o cümlədən Rusiyanın muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin ailəsinə başsağlığı verib.

Putin Moskvada, Kremldə, Prezident sarayında qondarma Donetsk Xalq Respublikasının müvəqqəti prezidenti Denis Puşilinlə görüşüb.

Görüşdə Putinavqustun 23-də Tver bölgəsində Priqojinin də öldüyü bildirilən şəxsi təyyarənin qəzaya uğraması ilə bağlı qiymətləndirmələr aparıb.

“Bu təyyarə qəzası ilə bağlı bütün qurbanların ailələrinə dərin hüznlə başsağlığı vermək istərdim, bu həmişə faciədir. Aparıcı məlumatlar göstərir ki, ^Vaqner” əməkdaşları da təyyarədə olub” deyib.

“Vaqner”in Ukraynadakı “neonasist rejim”lə mübarizədə mühüm töhfələr verdiyini ifadə edən Putin “Bunu bilirik və xatırlayırıq, unutmayacağıq” ifadəsini işlədib.

Priqojini 90-cı illərin əvvəllərindən tanıdığını bildirən Putin “Priqojin mürəkkəb taleyi olan, lakin istedadlı bir insan idi və həyatında ciddi qüsurları var idi” deyib.

Priqojinin Rusiya ilə yanaşı dünyanın müxtəlif bölgələrində də “uğurlu nəticələr” əldə etdiyini bildirən Putin deyib: “O, istedadlı bir iş adamı idi, təkcə ölkəmizdə deyil, xaricdə, xüsusilə Afrikada çalışdı. Neft, qaz, qiymətli metallar və daşlarla məşğul olub”.

Rusiya lideri Tver vilayətində qəzaya uğrayan təyyarə ilə bağlı lazımi araşdırmaların aparılacağını bəyan edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki