image-reklam-veteninfo
image-1backend

Putin: Qərb ölkələri mövqelərini itirir

image-reklam-veteninfo

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Qərb ölkələri qlobal liderlik mövqelərini tədricən itirir və onların yerini yeni inkişaf mərkəzləri, xüsusilə Qlobal Cənub dövlətləri tutur.

Vətəninfo.az xəbər verir ki, bu barədə o, Açıq Dialoq beynəlxalq forumunun iştirakçılarına ünvanladığı video müraciətdə danışıb.

Prezident qeyd edib ki, beynəlxalq münasibətlərdə əvvəlki yanaşmalar, eləcə də biznes mühitində formalaşmış qayda və normalar artıq öz təsirini itirir. Onun sözlərinə görə, dünyada daha mürəkkəb və çoxqütblü inkişaf arxitekturası yaranır.

Putin vurğulayıb ki, bu yeni sistemdə milli suverenliyə önəm verən və öz inkişaf yolunu müstəqil müəyyən edən dövlətlər mühüm rol oynayır. O həmçinin əlavə edib ki, heç bir ölkə təkbaşına inkişaf edə bilməz və bu proses digər dövlətlərin maraqları hesabına baş verməməlidir.

Rusiya liderinin fikrincə, qlobal inkişafın davamlı və ədalətli modeli yalnız bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığı halda mümkün ola bilər.

Sonda o bildirib ki, qlobal inkişaf platforması elə istiqamətləndirilməlidir ki, dünyada hər bir insan öz gələcəyini qurmaq və seçdiyi yolu mərhələli şəkildə həyata keçirmək imkanı əldə etsin.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki