image-image_750x_648b14fa5bc58backend

Putin Qərb şirkətlərini milliləşdirir

image-reklam_sirab_01

Rusiya prezidenti Vladimir Putin keçən həftə Rusiya dövlətinə Qərbin istənilən aktivini sonradan yenidən satmaq üçün “əhəmiyyətli endirimlə” almaq hüququ verən gizli fərman imzalayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə cümə axşamı, iyunun 15-də Britaniyanın The Financial Times (FT) qəzeti məlumat yayıb.

Mənbənin sözlərinə görə, aktivlərin alıcıları tamamilə rus olmalı və heç bir xarici səhmləri olmamalıdır.

Qəzet əlavə edir ki, qərar ABŞ və Avropanın sanksiyalarına cavab olaraq nəzərdə tutulub.

“Hesab edirəm ki, milliləşdirmə qaçılmazdır. Bu sadəcə vaxt məsələsidir. Dövlətə pul lazım olacaq”, – işgüzar həmsöhbətlərdən biri “The Financial Times”a bildirib.

Onun fikrincə, Kreml büdcəni ixrac gəlirləri hesabına tamamlamaq üçün yeni yollar axtarır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki