image-putinbackend

PUTİN rəqibinə AZADLIQ vermək istəmir:Navalnının cəzası daha 10 il uzadıla bilər

image-reklam_sirab_01

Aleksey Navalnıya qarşı daha iki cinayət işi açılıb. Müxalifətçinin mətbuat katibi Kira Yarmits bildirib ki, siyasətçi ekstremizmdə və məhkəməyə hörmətsizlikdə ittiham olunur.

 

Veteninfo.az Rusiya mətbuatına iatinadla xəbər verir ki,yeni iş başqası ilə birləşdirilib, Navalnı hakim Vera Akimovanı təhqir etməkdə ittiham olunur.Məlumata görə, o, İkinci Dünya Müharibəsi veteranının təhqir edilməsi ilə bağlı iş üzrə dinləmələr zamanı hakimlər kollegiyasına rəhbərlik edib.

Hüquq müdafiəçisi Olqa Mixaylova isə Aleksey Navalnının konkret nədə ittiham olunduğunu açıqlayıb.

“Exo Moskvı” radiosuna açıqlamasında isə, Mixaylova bildirib ki, əgər onun günahı sübuta yetirilərsə, Navalnı daha bir həbs cəzası gözləyir. O, 10 il müddətinə həbs oluna bilər. Onun sözlərinə görə,Rusiya prezidenti Vladimir Putinin özünə ən ciddi rəqib hesab etdiyi Navalin ekstremizmdə ittiham olunur.

Həbsdə olan siyasətçi müalicə aldığı Almaniyadan gəldikdən sonra bir ildir ki, həbsdədir. Navalnı koloniyadan daha bir məktub yazıb ki, bu məktubu onun tərəfdaşları İnstaqram səhifəsində dərc ediblər.

Siyasətçi yazır: “Kosmos səyahətimin ümumiyyətlə bitib-bitməyəcəyini bilmirəm”.

O deyir ki, ona ekstremizmdə ittiham olunan yeni cinayət işi barədə məlumat verilib. Navalnı zarafat etməyə çalışır və yazır ki, o, həbsinin sonuna qədər günləri saya bilməyən “kosmonavtdır”.

“Hesablanacaq nə var. Bəziləri 27 il həbsdə qaldılar”, – Navalnı istehza ilə yazıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki