image-1backend

Putin: Rusiya heç vaxt Ukrayna ilə bağlı danışıqlardan imtina etməyib

image-reklam_sirab_01

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı mümkün sammitdə Rusiyanın iştirakı məsələsinə toxunub.

Vətəninfo.az xəbər verir ki , Rusiya prezidentinin sözlərini RİA Novosti yayıb.

Qərbin Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı sammit keçirməsi və Rusiyanı ora dəvət etməsinin mümkün olub-olmaması sualını cavablandıran Putin, “Hazırda cavab yoxdur, çünki söhbətin nədən getdiyini bilmirəm” deyib.

“Deyirlər (red: Ukrayna rəhbərliyini nəzərdə tutur) “biz indi Rusiyanı dəvət etməyə hazır deyilik, amma sonra hazır olacağıq. Biz heç vaxt danışıqlardan imtina etməmişik, nə indi, nə sonra, nə bir il əvvəl”, – Vladimir Putin çıxışında bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki