Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşünün yeri razılaşdırılıb və Kreml bunu daha sonra açıqlayacaq. Vətəninfo.az xəbər verir ki , bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib .
“İndi biz amerikalı tərəfdaşlarımızla birlikdə görüşün konkret parametrlərini və onun keçiriləcəyi yeri hazırlamağa başlayırıq. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, yer də prinsipial olaraq razılaşdırılıb və bu barədə bir az sonra məlumat verəcəyik”, – RİA Novosti Uşakovdan sitat gətirib.
ABŞ prezidenti də öz növbəsində daha əvvəl bəyan etmişdi ki, yaxın vaxtlarda Rusiya prezidenti ilə görüş üçün yaxşı perspektivlər var.