image-1backend

PUTİN TRAMPDAN NƏ TƏLƏB EDİR? – Siyahı açıqladı

image-reklam_sirab_01

Amerika və Rusiya rəsmiləri Səudiyyə Ərəbistanında danışıqlara başlayarkən Qərb mətbuatında Rusiyanın Ukrayna ilə bağlı irəli sürəcəyi tələblərə dair məlumatlar dərc edilir.

“The Telegraph” Rusiyanın tələblərinin siyahısını təqdim edib.

Nəşr qeyd edir ki, Donald Trampın yüksək səviyyəli diplomatlar komandasının məqsədi müharibəni bitirmək olduğu halda, Vladimir Putin üçün Səudiyyə Ərəbistanındakı danışıqlar onun tələblər siyahısını genişləndirməkdən ötrü unikal fürsətdir.

Belə ki, Putin bundan əvvəl Ukraynadan Rusiyanın ilhaq etdiyi dörd vilayətdən bütünlüklə qoşunlarını çıxarmağı və NATO-ya üzv olmaq istəyindən əl çəkməyi tələb edib.

Bununla yanaşı, nəşr qeyd edir ki, Putin Ukraynanın Alyansa qoşulmasına heç vaxt icazə verilməyəcəyinə dair hüquqi öhdəlik tələb edəcək: “O, həmçinin təkid edir ki, Ukrayna Rusiyaya təhlükə yaratmamaq üçün hərbi imkanlarını azaltmalıdır, bu isə uzaqmənzilli raketlərin, ağır silahların və Qərbin hərbi dəstəyinin məhdudlaşdırılması deməkdir”.

Bundan əlavə, nəşr qeyd edir ki, Rusiya Polşa, Baltikyanı ölkələr (Estoniya, Latviya, Litva) və Rumıniyada NATO qüvvələrinin ixtisarını və ya bu ölkələrdən tamamilə çıxarılmasını tələb edəcək.

Həmçinin, müharibədən sonra Rusiyanı yenidən qurmaq səylərinin bir hissəsi olaraq, Putin rublun ucuzlaşmasına və inflyasiyanın artmasına səbəb olan sərt iqtisadi sanksiyaları ləğv etməyə çalışacaq.

Bu tələblər arasında enerji ixracı sazişləri, o cümlədən Avropaya qaz satışını bərpa etmək üçün “Şimal axını 1 və 2” boru kəmərlərinin yenidən açılması da var və bu, Rusiya iqtisadiyyatını sabitləşdirə bilər. Bundan əlavə, tələblər arasında Rusiya Mərkəzi Bankının Qərbdəki 300 milyard dollarlıq aktivlərinin bərpası da olacaq ki, bu da Rusiya hökumətini müharibədən sonrakı rekonstruksiya səylərində mühüm maliyyə vəsaiti ilə təmin edə bilər.

Xatırladaq ki, bu gün Səudiyyə Ərəbistanında Rusiya ilə ABŞ arasında danışıqlar başlayıb. Danışıqlarda ABŞ Dövlət katibi Marko Rubio və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətləri iştirak edir. Ukrayna və Avropa danışıqalrda iştirak etmir.“AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image