Vətəninfo.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qazaxıstanda Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırdığını açıqlayıb.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 3-4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmağı gözləyir”.
Fidan Türkiyənin Rusiya prezidenti Vladimir Putinin səfərini gözlədiyini də açıqlayıb.