Vətəninfo.az xəbər verir ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ukraynada hərbi cinayətlərə görə Rusiya prezidenti Vladimir Putinin xüsusi tribunalının və Rusiya hərbi komandanlığının yaradılması haqqında qətnaməni təsdiqləyib.
“AŞPA Strasburqda birgə müzakirələrdən sonra qəbul edilən üç qətnamədə Vladimir Putin və onun generallarını Ukraynaya qarşı təcavüzə görə məsuliyyətə cəlb etmək, Rusiyaya qarşı sanksiyaları gücləndirmək və onun Ukraynanın mədəni kimliyini silmək cəhdlərinə qarşı çıxmaq planlarını açıqlayıb”, – təşkilatın bəyanatında deyilir. .
Xüsusi tribunal Avropa Şurası ilə Ukrayna arasında razılaşma əsasında yaradılacaq.