Vətəninfo.az xəbər verir ki , Rusiya Prezidenti Vladimir Putin “Vesti” xəbər xidmətinin müəllifi Pavel Zarubinlə müsahibəsində Minski Rusiya-Ukrayna danışıqları üçün mümkün məkan hesab etdiyini bildirib.
Putin deyib: “Əminəm ki, məsələ danışıqlara çatarsa, Belarusun imkanlarından da istifadə etmək olar”.
Rusiya prezidenti sözünə davam edərək deyib: “Mən Aleksandr Qriqoryeviçin (red.: Belarus prezidenti Aleksandr Lukaşenkonun) mövqeyini bilirəm: o, mübahisəli məsələlərin dinc yolla həllinə yönəlmiş hər şeyi hər cür dəstəkləməyə hazırdır”.
O xatırladıb ki, Rusiya-Ukrayna danışıqları 2022-ci ildə Minskdə başlayıb. 2014-cü il Minsk sazişləri də orada imzalanıb.


























