Putin və Ərdoğan telefonla Suriyadakı vəziyyəti müzakirə ediblər
Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyada vəziyyətin gərginləşməsini ətraflı müzakirə edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb və qeyd edib ki, söhbət Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
“Suriyada kəskin şəkildə gərginləşən vəziyyət ətraflı müzakirə edilib”, – mesajda deyilir.
Mənbənin sözlərinə görə, iki ölkə liderləri nizamlanma yollarını tapmaq üçün daim təmasda olmaq barədə razılığa gəliblər.