Rusiya Federasiyası və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda telefon danışığında yaxın gələcəkdə şəxsi görüş təşkil etmək niyyətlərini təsdiqləyiblər.
Vətəninfo.az xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Həqiqətən də Putin zəng edib Ərdoğanı seçkilərdəki qələbəsi münasibətilə təbrik edəndə prezidentlər yaxın gələcəkdə ikitərəfli görüş təşkil etmək niyyətlərini təsdiqlədilər. Onun dəqiq harada və nə vaxt keçiriləcəyi hələ iki prezidentin qrafiki nəzərə alınmaqla razılaşdırılmalıdır. Ancaq anlaşma var və biz hazırıq”, – Peskov bildirib.