image-reklam-veteninfo
image-1backend

Putin və Suriya lideri bu gün görüşəcək

image-reklam-veteninfo

Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada işgüzar səfərdə olan Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şara ilə görüşəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə Kremlin rəsmi məlumatında bildirilib.

Görüşdə hər iki dövlətin liderləri ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və gələcək perspektivlərini müzakirə edəcəklər. Eyni zamanda, Yaxın Şərq regionundakı aktual məsələlər gündəmə gələcək.

Qeyd edək ki, bir müddət əvvəl Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şara keçmiş prezident Bəşər Əsədin ekstradisiyasına toxunaraq bildirib ki, Dəməşq bütün hüquqi vasitələrdən istifadə edərək Əsədi məsuliyyətə cəlb etməyə çalışacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki