Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp görüş tarixlərini özləri təyin edəcəklər və onlar müvafiq qərar qəbul etdikdən sonra görüş hazırlanacaq.
Vətəninfo.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə , bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Prezidentlər qərar qəbul etsələr, o zaman görüş, əlbəttə ki, dövlət başçılarının müəyyən etdiyi vaxt çərçivəsində hazırlanacaq”, – deyə Peskov Birinci Kanala bildirib.
O əlavə edib ki, Kreml hazırda liderlərin bu günə planlaşdırılan telefon danışığını gözləyir.