Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı Avropa liderlərinin çaşqınlığına səbəb olub . Vətəninfo.az xəbər verir ki, bu barədə “ The Daily Telegraph” qəzeti məlumat yayıb .
Qəzetin qeyd etdiyi kimi , Avropa liderləri “ Trampın oyununun Ukraynanın , onun müttəfiqlərinin və bütün qitənin gələcəyi üçün nə demək olduğunu başa düşməyə çalışırlar ” .
Qəzetin yazdığına görə, yalnız bir avropalı məmur Trampın Putinlə söhbət etmək niyyətindən xəbərdar olub. Məqalədə qeyd edildiyi kimi, əvvəllər “Trampın cazibədarı” reputasiyası qazanan NATO-nun baş katibi Mark Ruttedir.