image-reklam-veteninfo
image-1backend

Putin-Witkoff görüşü sabah keçiriləcək — Peskov

image-reklam-veteninfo

Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın xüsusi prezident nümayəndəsi Stiv Witkoff arasında görüşün dekabrın 2-si günortadan sonra baş tutacağı bildirilib. Vətəninfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlama verib.

Peskov bildirib: “Bəli, Witkoffla görüş həqiqətən sabah planlaşdırılıb. O, özü bunu dünən qeyd etmişdi.” Sözçü əlavə edib ki, danışıqlar günortadan sonra keçiriləcək.

O həmçinin qeyd edib ki, Prezident sabahkı Rusiya-ABŞ əlaqələri ilə bağlı bir neçə qapalı görüş keçirəcək.

Əvvəlcə Wall Street Journal xəbər verib ki, Witkoff və Donald Trampın kürəkəni Jared Kuşner bazar ertəsi Moskvaya səfər edərək Ukrayna böhranının həlli üzrə danışıqları davam etdirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki