image-1backend

Putin yaxın adamına yüksək vəzifə VERDİ

image-reklam_sirab_01

Rusiya prezidenti Vladimir Putinin keçmiş təhlükəsizlik zabiti, Tulanın keçmiş qubernatoru Aleksey Dyumin Rusiya Dövlət Şurasının katibi təyin edilib. Vətəninfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
İnauqurasiyadan sonra Putin Dumini özünə köməkçi təyin edib. Dmitri Peskovun sözlərinə görə, Dyumin müdafiə sənayesi və Dövlət Şurası məsələləri ilə məşğul olacaq, həmçinin “prezident aparatında idmanla bağlı məsələləri koordinasiya edəcək”.

Aleksey Dyumin əvvəllər prezidentin təhlükəsizlik xidmətində çalışıb.

Politoloq Sergey Markov yazır ki, Rusiya elitası Duminin Dövlət Şurasının katibi vəzifəsinə təyin olunmasından narahatdır. Bu, Dyuminin gələcək prezident postu üçün Putinin seçimi olduğunun təsdiqi hesab olunur.

“Uzun müddətdir ki, belə söz-söhbətlər dolaşır. Dumin həm Putinin mühafizəçisi, həm də Məxfi Xidmət zabiti kimi təcrübəyə malikdir. Sonra o, Tula qubernatoru kimi özünü uğurla sübut etdi. İndi isə Dyumin Dövlət Şurasının katibi kimi federal səviyyədə Rusiyanın əsas elitasına rəhbərlik edəcək. Yeni Konstitusiyaya görə, Dövlət Şurası kollegial sədr rolunu yerinə yetirə bilər. Bu, çoxlarının fikrincə, Putinin Dumini Rusiyanın gələcək prezidenti kimi görməsi fikrini təsdiqləyir”, – Markov Telegram kanalında yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki