image-reklam-veteninfo
image-1backend

Putin yeni bəyanat verdi: Ukraynaya qarşı müharibənin başa çatması üçün şərtlər açıqladı

image-reklam-veteninfo

Rusiya Prezidenti Vladimir Putin, Ukraynaya qarşı müharibənin başa çatması üçün şərtlərini açıqlayıb. Onun sözlərinə görə, “əgər ağıllı məntiq qalib gəlsə”, müharibənin dayandırılması üçün uyğun bir həll yolu tapıla bilər. Əks təqdirdə, məsələnin silah gücü ilə həll edilməsinə məcbur olacaqlar.

Putin bu açıqlamaları Çinə rəsmi səfəri başa çatdıqdan sonra keçirilən mətbuat konfransında verib. Onun sözlərinə görə, “əgər ağıllı məntiq qalib gəlsə”, müharibənin dayandırılması üçün uyğun bir həll tapıla bilər.

“Xüsusilə ABŞ administrasiyasının mövqeyini görürük, onların bu məsələyə dair həll yolu tapmağı çağırdıqlarını müşahidə edirik, tunelin sonunda işıq görürük. Əgər bunu bacarmasaq, o zaman məsələləri silah gücü ilə həll etməli olacağıq”, – deyə Putin bildirib.

Rusiya üçün “uzunmüddətli” sülhün şərtləri
Ötən günlərdə Rusiya Xarici İşlər naziri Sergey Lavrov da Kremlin Ukraynada “uzunmüddətli” sülhün təmin edilməsi üçün irəli sürdüyü şərtləri açıqlayıb. Lavrova görə, uzunmüddətli sülh üçün Rusiya tərəfindən təkcə Krım, Sevastopol, “DQR” və “LNR” kimi ərazilərin Rusiyaya birləşdirilməsi yox, həm də bu ərazilərin beynəlxalq hüquqi sənədlərlə tanınması vacibdir.

Lavrov əlavə edib ki, Ukraynanın neytral, blokdan kənar və nüvə silahı olmayan statusu təmin edilməli, bu şərtlər 1990-cı ilin Ukraynanın dövlət suverenliyi haqqında bəyannaməsində də qeyd edilib. Rusiya və beynəlxalq icma da məhz bu əsasla Ukraynanın dövlət müstəqilliyini tanıyıb.

Putinin və Lavrovun açıqlamaları, müharibənin sonlanması üçün Kremlin irəli sürdüyü şərtlərin nə qədər sərt olduğunu bir daha göstərdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki