Vətəninfo.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya ərazisində fəaliyyəti qadağan edilən xarici və ya beynəlxalq internet resurslarında reklamların yerləşdirilməsini qadağan edən qanun imzalayıb. Beləliklə, sahibi Meta-nın Rusiyada fəaliyyəti qadağan edilən məşhur sosial media saytları Facebook və Instagram-da artıq Rusiyadan reklam yerləşdirmək mümkün olmayacaq. Məsələ burasındadır ki, Rusiyada “Facebook” və “Instagram” bloklansa da, onlardan yayınma üsulları ilə onlara giriş əldə edə bilən istifadəçilər var. Reklamların bu şəkildə yerləşdirilməsi kifayət qədər böyük gəlir gətirir ki, bu da yeni məzmun, o cümlədən qanunla qadağan olunmuş məzmun yaratmağa imkan verir. Yeni qanunla qoyulan qadağa Rusiya Federasiyasında fəaliyyəti qadağan edilən bütün təşkilatların (dini, qeyri-hökumət təşkilatları və s.) internet resurslarına da şamil edilir.