image-reklam-veteninfo
image-2backend

Putinin gizli oğlunun ilk fotosu yayımlandı -FOTO

image-reklam-veteninfo

Sosial şəbəkələrdə ilk dəfə olaraq Rusiya prezidenti Vladimir Putin və onunla əlaqələndirilən keçmiş gimnast Ailna Kabaevanın oğluna aid olduğu iddia edilən fotoşəkillər yayılıb.

Vətəninfo.az xəbər verir ki, bu görüntülər Rusiya ictimaiyyətində və beynəlxalq mediada uzun illərdir dolaşan şayiələrin fonunda yayımlanıb. İndiyədək Putinin şəxsi həyatı ilə bağlı yayılan məlumatlar heç vaxt rəsmi təsdiqini tapmayıb. Lakin bu dəfəki görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub.

Fotoları yayımlayan tanınmış “VÇK-OGPU” adlı Telegram kanalıdır. Kanal əvvəllər də bir sıra rezonans doğuran materiallarla gündəmə gəlmişdi. Qeyd edək ki, bu kanalın əsas hesabı bir müddət əvvəl Rusiya dövlət qurumlarının tələbi ilə Telegram tərəfindən bloklanmışdı.

Yayılan fotolardan birinin altında bu qeydlər yer alıb:
“Bu, İvan Vladimiroviç Putindir. O, demək olar ki, digər uşaqlarla ünsiyyətdə olmur, vaxtının çoxunu mühafizəçilərlə, mürebbiyələrlə və müəllimlərlə keçirir — adeta varis həyatı yaşayır.”

Rəsmi qurumlardan isə yayılan fotolara və iddialara dair hələlik heç bir açıqlama verilməyib.

image-1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki