Vətəninfo.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin keçmiş arvadı Lyudmila Ocherednaya, habelə prezidentin əmisi oğlu Mixail Şelomov və Mixail Putinə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.
Siyahıya həmçinin Dialoq şirkətinin baş direktoru Vladimir Tabak, Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl və bu yaxınlarda Danimarkanın “Carlsberg” konsernindən rusiyalı iş adamlarına verilən “Baltika” şirkəti də daxildir.