image-timthumbbackend

Pxenyan Ukrayna münaqişəsində Moskvanı dəstəkləməyə hazırdır

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq-hi Rusiyaya səfəri zamanı Kim Çen Inın adından elan edib : “Pxenyan Ukrayna münaqişəsində Moskvaya dəstək və yardım göstərməyə hazırdır”.

Şimali Koreyanın xarici işlər naziri də öz növbəsində Kim Çen Inın səmimi və dostluq salamlarını Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə çatdırıb.

Qeyd edək ki, Çoi Son Xi oktyabrın 30-da Moskvaya gəlib və ötən cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb. Rusiya Federasiyası və KXDR xarici işlər nazirləri qeyd ediblər ki, Moskva ilə Pxenyan arasında münasibətlər son bir neçə ildə görünməmiş yüksək səviyyəyə çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image