KXDR ABŞ-ın strateji qüvvələrinin Koreya yarımadasında görünməsini izləyir və əlində olan bütün vasitələrdən istifadə edərək təxribat xarakterli hərəkətlərə qarşı durmağa hazırdır. Vətəninfo.az xəbər verir ki , bu barədə Şimali Koreya Müdafiə Nazirliyinin nümayəndəsinin bəyanatında deyilir.
“Silahlı qüvvələrimiz ABŞ-ın strateji qüvvələrinin Koreya yarımadasında tez-tez peyda olmasını diqqətlə izləyir və dövlətin təhlükəsizlik maraqlarını və regional sülhü qorumaq üçün nəzərdə tutulmuş istənilən vasitələrdən istifadə etməyə hazırdır”, – deyə məlumatda bildirilir.
KXDR Müdafiə Nazirliyi əlavə edib ki, Pxenyan ABŞ-ın qarşısını almağa hazırdır və Vaşinqton növbəti təxribatları dayandırmalıdır.
Bu açıqlama Amerikanın Alexandria nüvə sualtı qayığının Cənubi Koreyanın Busan limanına gəlməsi ilə eyni vaxta təsadüf edib.